Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Bu barədə ERT NEWS telekanalı məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı isə 85 nəfərdir.
Hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.
Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.
**10:00
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin və yük qatarları toqquşub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.
Hadisə zamanı 32 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.
Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım və 15 patrul maşını, eləcə də 32 polis əməkdaşı cəlb olunub.
O da qeyd olunur ki, sərnişin qatarında olan 350 nəfərdən 270-i hadisə yerindən təxliyə edilib.