İranda məktəblilərin kütləvi zəhərlənməsinə görə 3 nəfər saxlanılıb

İranın təhlükəsizlik qüvvələri məktəblilərin kütləvi zəhərlənməsində şübhəli bilinən 3 nəfəri həbs edib.


Bu barədə Fars agentliyi məlumat yayıb.


Xatırladaq ki, İranın Səhiyyə və İnformasiya (Kəşfiyyat) Nazirlikləri bazar ertəsi Qum şəhərində 2022-ci ilin noyabr ayından müşahidə olunan şagirdlərinin kütləvi zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb. 18 məktəbli qız naməlum səbəbdən zəhərlənmişdi. Oxşar hallar sonradan paytaxt Tehranda, eləcə də İranın qərbində Borucerd, ölkənin şimalında yerləşən Ərdəbil və Sari şəhərlərində də baş verdi. İran mediası indiyədək ən azı 150 uşağın xəstəxanaya yerləşdirildiyini bildirir.


Baş prokuror Məhəmməd Cəfər Montazeri və səhiyyə nazirinin müavini Yunes Pənahi belə hesab edir ki, "bir sıra zəhərlənmə halları xarici qüvvələr tərəfindən təşkil edilmiş məqsədyönlü aksiya ola bilər". İran parlamentində isə bu hadisələri Məhsa Əmininin ölümü ilə əlaqədar respublikada baş vermiş son iğtişaşlarla əlaqələndirilir.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.