"Tv Musavat" hakerlərin əlinə keçdi - BÜTÜN VİDEOLAR SİLİNDİ
VİDEO, FOTO

TV Musavat" youtube kanalı hakerlərin hücumuna məruz qalıb.

 

Bu barədə musavat.com-a "TV Musavat"ın efir rejissoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.

 

O bildirib ki, martın 1-də saat 23 radələrində kanal qəfil haker hücumuna məruz qalıb. M.Türkmənin sözlərinə görə, bir neçə saniyə içərisində kanalın şifrəsi ələ keçirilib və hesabdakı videolar silinib.

 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını bildirib. O qeyd edib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib və kömək istənilib.

 

Qeyd edək ki, kanalı ələ keçirənlərin kriptovalyuta fırıldaqçıları olduğu məlum olub. Hazırda "TV Musavat"ın adından biktoin məzmunu daşıyan veriliş yayımlanır. Veriliş məşhur milyarder İlon Maskın adından yayımlanır. 

 

Onu da əlavə edək ki, hakerlər "TV Musavat" kanlının adını dəyişərək "Tesla" qoyublar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.