Gün ərzində Hacıqabul rayonunda 5-ci dəfə zəlzələ olub.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanın ocağı 2 kilometr dərinlikdə yerləşib. Saat 20:28-də isə Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə - yenə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan bu yeraltı təkanın ocağı da 2 kilometr dərinlikdə yerləşib.
Həm bunlar, həm də ondan əvvəlki 3 zəlzələ hiss edilməyib.
**11:37
Bu gün Azərbaycanda zəlzələ olub.
Senzor.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,1 bal, dərinliyi 22 km olub.
Zəlzələ hiss olunmayıb.