Bakıda hipermarketdə inkassatorlara silahlı basqında şübhəli bilinənlərdən biri məhv edildi - TƏFƏRRÜAT
YENİLƏNİB, VİDEO/ FOTO

Xətai rayonunda yerləşən hipermarketlərin birində inkassatorlara silahlı basqın edib 1 nəfəri öldürməkdə və 2 nəfəri yaralamaqda şübhəli bilinənənlərə qarşı keçirilən əməliyyatın təfərrüatı açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib. 

 

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu, H.Z.Tağıyev küçəsindəki binaların birində gizləndiyi müəyyən edilib.

 

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. 

Görülən tədbirlərlə o, zərərsizləşdirilib.

 

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

 


**21:55

Xətai rayonunda yerləşən hipermarketlərin birində inkassatorlara silahlı basqın edib 1 nəfəri öldürməkdə və 2 nəfəri yaralamaqda şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

 

O, həmçinin  bildirib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

 

**14:21


Bakıda hipermarketə silahlı basqının anbaan görüntüsü


Bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketdə baş vermiş silahlı basqının görüntüləri yayılıb.

 

Görüntülərdən məlum olur ki, hadisə 2 nəfər tərəfindən törədilib. Belə ki, hipermarketin giriş hissəsindəki bankomatda inkassatorun pulları çıxardığı vaxt bir nəfərin tapança ilə daxil olaraq atəş açdğı görünür. Bu zaman inkassatorun mühafizəçisi silahlı müqavimət göstərməyə çalışır və baş nahiyəsindən güllə yarası alaraq yıxılır. Həmin vaxt hipermarketin daxili hissəsindən digər silahlı şəxs bir neçə dəfə atəş açaraq pulların olduğu kisəni götürərək digər şəxslə birgə oradan uzaqlaşır.

 

Hadisəni törədən şəxslərin yaxınlıqda park edilmiş avtomobillə uzaqlaşdıqları iddia olunur.

 

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

 

**12:44



Bu gün Bakının Əhmədli qəsəbəsində yerləşən supermarketlərin birində silahlı insident baş verib.

 

Senzor.az bildirir ki, hadisə zamanı iki nəfər güllə yarası alıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

 

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.