Ermənistanın paytaxtı İrəvanda avtobus qəzaya uğrayıb, 13 nəfər xəsarət alan var.
“Sputnik Armenia” xəbər verir ki, məlumatı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.
Qeyd olunub ki, qəzaya uğrayan xidməti avtobusda hökumət aparatının əməkdaşları olub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.