Qəzaya düşən “Mingəçevir” futbol komandasının yaralı üzvlərinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Senzor.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər (kişi) müxtətif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılarda bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması qeydə alınıb. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
**15:27
Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
**14:34
“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.
Hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.
İlkin məlumata görə, avtobusla “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.