Biləsuvar rayonunda zəlzələ olub.
Senzor.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.
Maqnitudası 4,2, dərinliyi 37 km olan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.