Lənkəran şəhərində iki avtomobil toqquşub.
“Report” bildirir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.
“Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılardan biri - Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı hadisə yerində dünyasını dəyişib.
Digər yaralılar - Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu ağır xəsarət alıb. Üçüncü yaralı - Lənkəran rayonunun Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.
Faktla bağlı araşdırma aparılır.