Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verib.
Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Partlayışın yerli inzibati binasında iclas zamanı baş verdiyi qeyd olunur.
Hadisə nəticəsində vilayət qubernatoru ölüb. Digər ölən və yaralananlar barədə hələ ki məlumat verilmir.
Qətərin “Əl-Cəzirə” telekanalı isə partlayış nəticəsində ölən və yaralananların olduğunu, onların dəqiq sayının məlum olmadığını bildirib.(APA)