Martın 9-u axşam saatlarında Təl-Əviv küçələrindən birində yerləşən kafenin yaxınlığında atışma baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, insident zamanı 3 nəfər yaralanıb.
Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu deyilir.
İsrail polisi silahlı hücumu terror aktı kimi qiymətləndirib.
“Təl-Əvivdə terror aktı: Şübhəli şəxs üç mülki vətəndaşı yaralayıb. Terrorçu polis tərəfindən zərərsizləşdirilib”, - hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin məlumatında bildirilib.