Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitlərinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.
Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.
**09:52
Martın 12-də gecə saat 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qeyd olunub ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.