Türkiyənin Diyarbəkir şəhərinin Hani rayonunda iki ailə arasında baş verən silahlı qarşıdurmada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yerli KİV-in yazdığına görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Bildirilib ki, dava qısa müddətdə böyüyərək silahlı qarşıdurmaya çevrilib. Ailələr yanlarında gətirdikləri silahlardan bir-birilərinə atəş açıblar.
Hadisənin səbəbi hələlik bəlli deyil.