İranda İlaxır çərşənbə mərasimlərində 19 nəfər ölüb, 1 860 nəfər yaralanıb.
APA xəbər verir ki, ölüm halları əsasən Təbrizdə, Tehranda, Həmədanda, Urmiyada və Qəzvində qeydə alınıb.
Yaralıların əksəriyyəti isə Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.
Bundan əlavə, yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.
Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.
Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.