Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Görülən tədbirlərlə, binadakı mənzillərdən birində baş vermiş yanğın yayılmasına imkan verilmədən söndürülüb.
Əlavə məlumat veriləcək.
**
Bu arada APA-nın hadisə yerində olan müxbiri bildirib ki, yanğın baş verən əraziyə polis naryadı və Təcili Tibbi Yardım briqadası da cəlb edilib, bina sakinləri təxliyə olunub. Təxliyə edilənlər arasında yanan mənzilin kirayəçiləri də var.