Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla saat 08:14-də baş verib. Yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə olub.
Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.