Rusiya tərəfindən işğal olunan Ukraynanın Krım bölgəsində 4 məktəbli saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şagirdlər Rusiya bayrağını cırıb tapdalamaqda ittiham olunurlar.
Məlumata görə, hadisə 1 il əvvəl Aluştada baş verib. Lakin Rusiya işğalına etiraz etmək istəyən məktəblilərin özləri tərəfindən çəkilən və bu addımının əks olunduğu video sosial şəbəkələrdə indi yayılıb.
Həmin məktəblilər 9-cu sinif şagirdləridir. Onlar öz hərəkətlərini izah edə bilmirlər. Valideynlər isə "övladlarının bu hərəkətindən şoka düşdüklərini" deyirlər.
Senzor.az