Ermənistan parlamentinin spikeri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sözçüsü Tsovinar Xaçatryan özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Simonyanın səhhəti normaldır və həkimlərin nəzarəti altındadır.
Bundan əvvəl Ermənistan mətbuatında Alen Simonyanın hökumət bağ evlərinin ərazisində, evinin yaxınlığında yıxıldığı bildirilirdi.