Pakistan və Əfqanıstanda güclü zəlzələ: ölənlər və yaralananlar var - YENİLƏNİB, VİDEO/ FOTO

Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.


Bu barədə “Al Jazeera“ məlumat yayıb.


Qeyd olunub ki, Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.


Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində ölənlərin sayı isə dördə yüksəlib.


Xatırladaq ki, dünən baş vermiş yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.

**09:28

Əfqanıstanda çərşənbə axşamı günü axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.

 

Bu barədə çərşənbə günü "News" qəzeti Hayber-Paxtunxva vilayətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.

 

İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.

 

Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber-Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib. 

 

“Report” xatırladır ki, dünən Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub. Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

 

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

 

**01.04

Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində azı iki nəfər həlak olub.

 

Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfər ölüb.

 

Məlumata görə, Xeybər-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 6 nəfər yaralanıb.

 

Öz növbəsində, Pakistan polisinə istinadən yayılan xəbərə görə, Svat rayonundakı ərazidə 150-yə yaxın insan xəsarət alıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

**23:21(21.03.2023)


Əfqanıstanda baş verən güclü zəlzələ Özbəkistanla yanaşı, Hindistan, Pakistan və Qazaxıstanda da hiss olunub.

 

Bildirilir ki, yeraltı təkanlar nəticəsində bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb.

 

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb. Lakin təbii fəlakətin tələfata səbəb ola biləcəyi istisna edilməyib.

 

**22:24


Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.

 

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.

  

Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə də  hiss olunub.

 

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

 

Qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.