Rusiya Silahlı Qüvvələrinin Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb.
Bu barədə “Unian“ məlumat yayıb.
Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.
Qeyd olunub ki, həlak olanlar hava həyəcanı siqnalı verilən zaman sığınacağa enməkdən imtina ediblər.