Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurub.
Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində baş verib. Belə ki, avtomobil velosiped sürən 2010-cu il təvəllüdlü Elay Qasımlı və 2013-cü il təvəllüdlü Aylin Novruzovanı vurub. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.