İsmayıllıda 60 yaşlı qadın intihar edib.
APA xəbər verir ki, hadisə rayonun Əhən kəndində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.