İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi isə yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alındığı barədə məlumat yayıb. Mərkəz zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğunu bildirib.
O da qeyd olunub ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.
Senzor.az