İrandakı bugünkü zəlzələ nəticəsində 165 nəfər xəsarət alıb.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Zəlzələ zamanı ölən olmayıb.
Senzor.az xatırladır ki, martın 24-də səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.
Zəlzələ 4-3 bala qədər Naxçıvan Muxtar Respublikasında da hiss edilib.