Türkiyənin “Qalatasaray” klubu Ağdamın “Qarabağ” klubu ilə xeyriyyə oyunu keçirmək üçün Bakıya gəlib.
Senzor.az bildirir ki, İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeraportunda böyük coşqu ilə qarşılanıb.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk ölkəmizə 23 futbolçu ilə gəlib. Heyətdə Atakan Ordu, Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Abdulkerim Bardakçı, Arda Deniz Yavaş, Ali Yeşilyurt, Berkan Aksoy, Lukas Torreyra, Fredrik Midtşö, Yunus Akgün, Nikolo Zanyolo, Berkan Kutlu, Serjiu Oliveyra, Yusuf Demir, Caner Doğan, Xuan Mata, Bafetimbi Qomis, Beknaz Almazbekov, Baran Demiroğlu və Mauro İkardi yer alıblar.
Martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Qeyd edək ki, oyun üçün satışa çıxarılmış 62 min 500 biletin hamısı satılıb.