Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində güclü partlayış baş verib.
TASS agentliyi partlayışa Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) səbəb olduğunu bildirib.
Məlumata görə, Ukraynanın kəşfiyyat məqsədilə istifadə olunan Tu-141 "Strij" PUA-sı partlayıcı ilə təchiz edilib və Tulada partlayış törədib.
Hadisə nəticəsində 3 nəfərin yaralandığı, üç yaşayış binasına ziyan dəydiyi bildirilir.