Rusiyanın Sverdlovsk vilayətinin Pelım kəndində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib.
“112” “Telegram” kanalı bildirir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.
İlkin məlumatlara görə, insidentə səbəb borunun təzyiqsizləşdirilməsi olub, bundan sonra partlayış və yanğın başlayıb. Şahidlərin dediyinə görə, yanğın onlarla kilometr məsafədən görünür.
Zərərçəkənlər barədə məlumat yoxdur.