Tbilisinin mərkəzində bomba həyəcanı - İSTEHKAMÇILAR AXTARIŞ APARIRLAR

Martın 31-də axşam saatlarında Gürcüstan paytaxtı Tbilisidə ikinci həyəcan yaşanıb- bu dəfə “Fabrika Tbilisi-Art Qalereya”da.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.

 

Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.

 

Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər.

 

Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.

 

Qeyd edək ki, “Fabrika Tbilisi”nin binası əvvəllər sənaye müəssisəsi olub. Sonradan burada olan avadanlıq dekorativ məqsədlər üçün yenidən qurulub. Binada otel, restoran, əyləncə mərkəzi, mağaza və digər sosial obyektlər açılıb.

 

“Fabrika Tbilisi”ni hər gün yüzlərlə insan ziyarət edir.

 

AZƏRTAC xatırladır ki, bu hadisədən təxminən 1 saat əvvəl Tbilisinin digər hissəsində yerləşən məşhur “Ambassador” otelində yanğın olub.

 

Yanğın söndürülüb, xəsarət alan olmayıb. Otelə ciddi ziyan dəyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.