Gəncə şəhərində intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Tağıyev küçəsində qeydə alınıb.
Şəhər sakini - 20 yaşlı Kübra Həsənova yaşadığı evin həyətində özünü asıb.
Onun Gəncə Dövlət Universiteti Alman dili fakültəsinin III kurs tələbəsi olduğu
bildirilir.
Sayt dəqiqləşdirib ki, intihara səbəb qızın üzləşdiyi ağır itki olub. Belə ki, 1 yanvar tarixində Kübranın atası - İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib. Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.
Kübranın intihar etdiyi tarix isə atasının doğum günü olub...