Aralıq dənizində Ukraynanın İzmail limanına gedən ticarət gəmisi batıb. Hazırda Türkiyənin xilasetmə xidmətləri gəminin 9 ekipaj üzvünü axtarır.
Bu barədə "Dəmirörən" agentliyi məlumat yayıb.
Antalya vilayətinin qubernatoru Ersin Yazıçının sözlərinə görə, gəmidə 14 ekipaj üzvü olub, onlardan 5-i xilas edilib.
Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilir ki, aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmi batıb.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter və Sahil Mühafizəsinin bir təyyarəsi cəlb olunub. Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırma başladıb.(AzVision.az)