Türkiyənin İstanbul şəhərində istifadəsiz qalan bina çöküb.
Bu barədə görüntüləri “TRT Haber” təqdim edib.
Qeyd olunub ki, beşmərtəbəli binanın beton konstruksiyası dağılmağa başlayıb və bu səbəbdən bina çöküb.
Hadisə yerinə gələn polis və xilasedicilər tərəfindən əraziyə giriş-çıxış bağlanıb.
Həmçinin əlavə olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur.