Goranboy rayonunda evə silahlı hücumla bağlı 3 nəfər saxlanlılıb.
Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidməti Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov KİV-in sorğusuna cavab olaraq bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu, Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları - 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Ş.Əliyeva 2006-cı il təvəllüdlü A.Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.
Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır.
Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıblar. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
**09:04
Goranboyda silahlı insident olub.
APA xəbər verir ki, Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə həmin qəsəbədə yaşayan Asəf Yunislinin evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna odlu silahdan 1 dəfə atəş açıblar.
Surət Məmmədov həmçinin həmin silahın qundağı və dəyənəyi ilə sonuncunun ailə üzvləri Yunisli Asəf Elxan oğlunu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanıb.