Nəsimi rayonunda polis 6 nəfəri saxlayıb
FOTO

Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən 6 nəfər saxlanılıb.


Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.


Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.


Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.