Aprelin 16-na keçən gecə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, avtomagistralın Hacı Zeynalabdin Tağıyev istiqamətində “KamAZ” markalı avtomobillə “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə bir ailənin üç üzvü - Quliyev Natiq Akif oğlu, Quliyeva Təranə Hüseyn qızı və Quliyev Həsən Natiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxananın baş həkimi Rauf Sadıqovun verdiyi məlumata görə, kəllə-beyin travması alan T.Quliyevanın vəziyyəti ağırdır. Digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin ailə üzvləridir.