Trend xəbər verir ki, Yuxarı Qarabağ kanalı bəndi yararaq daşıb.
Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Hazırda əraziyə xeyli sayda texnika cəlb olunub. Bənd bərkitmə işləri aparılır ki, daha böyük fəsadların qarşısı alınsın.
**21:23
Yuxarı Qarabağ kanalı daşıb.
“Report”un verdiyi xəbərə görə, hadisə Bərdə rayonu, Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.
Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində saytın sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.
Daşmaya səbəb isə suda yaşayan heyvanların kanalın sağ cinahını oyması olub.