İstanbulun Ümraniye tədris və tədqiqat xəstəxanasında partlayış baş verib.
Bu barədə CNN Türk məlumat yayıb.
Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Binaya ziyan dəydiyi bildirilir.
Partlayışın ilkin səbəbinin isti su qazanının nasazlığı olduğu güman edilir.
Ölən və yaralananlar barədə məlumat verilməyib.