Ucarda 1 nəfərin ölməsi və daha 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.
Qəza zamanı 2014-cü il təvəllüdlü Abdullayeva Aynişan Elnur qızı ölüb, 2019-cu il təvəllüdlü Abdullayeva Rüqəyya Elnur qızı, habelə 1992-ci il təvəllüdlü Nəsibova Səidə Nazim qızı və 1965-ci il təvəllüdlü Nəsibova Kəmalə Zabit qızı xəsarət alıblar.
Yaralılardan biri Ucar rayon Mərkəzi Xəstəxanasına, digərləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.