Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Məlumata görə 4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru olub.
Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
**14:25
Lerik rayonun Tikəband kəndində elektrik cərəyanı nəticəsində ölən 4 nəfərin şəxsiyyəti müəyyən edilib.
Lerik rayon prokurorluğundan verilən məlumata görə, bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).
Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
**14:17
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon prokurorluğundan Senzor.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.