Biləsuvarda partlayış: Dağıntılar altından bir nəfərin meyiti çıxarıldı – YENİLƏNİB, VİDEO/ FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılıb.

 

Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb. 

 

Qeyd olunub ki, ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bu arada “Report” hadisə ilə bağlı bəzi təfərrüatları öyrənə bilib. Məlum olub ki, hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb. Partlayış orada kirayədə yaşayan rayon sakini, 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları - 2009-cu il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

 

Hadisədən sonra mənzil tamamilə dağılıb.

 

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, xəstəxanaya aparılıb...

 

**20:58(24.04.2023)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

FHN-dən Senzor.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib. 

 

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından iki nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

 

Əlavə məlumat veriləcək.

 


**19:58


Biləsuvarda yaşayış binasında partlayış olub.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

 

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkfaşları, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

 

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.