Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.
Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.