Türkiyənin İstanbul şəhərində 11 mərtəbəli binanın zirzəmisində yanğın olub.
“TRT Haber” xəbər verir ki, yanğın nəticəsində sıx tüstü əmələ gəlib və ətrafdakı binalardan insanlar təxliyə edilib.
Yanğına səbəb binanın zirzəmisində yerləşən tekstil materialları olub. Yanğın zamanı xəsarət alanların və tələfatın olmadığı bildirilib.