Hacıqabul rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA bildirir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul Şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1980-ci il təvəllüdlü Məmmədli Həlimə Rafiz qızının idarə etdiyi “Nissan” markalı 99 NR 642 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sürücünün azyaşlı övladı hadisə yerində ölüb. Sürücü və avtomobildə olan sərnişin Bakı sakini, Əliyeva Xəyalə Arzu qızı ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.