Aprelin 29-da saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.