Serbiyanın Mladenovats şəhər icmasının Dubona kəndində insanları güllələyən şəxs tutulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Kraquyevats şəhəri yaxınlığında saxlanılıb.
Cinayətkarın axtarışında ölkənin 600-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib.
Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç hücumu terror aktı adlandırıb.
**10:00
Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenovaç şəhərində bir nəfər şəxs hərəkətdə olan avtomobildən insanlara avtomat silahdan atəş açıb, nəticədə 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Serbiya Daxili İşlər Nazirliyi atəş açan şəxsin ələ keçirilməsi üçün “Qasırğa” adlı əməliyyata başlanıldığı və hadisəni törədən 21 yaşlı şəxsin mühasirəyə alındığı, lakin onun təslim olmayaraq atəş açmağa davam etdiyi barədə məlumat yayıb.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.
Xatırladaq ki, bu hadisədən bir gün öncə Belqradda 7-ci sinif şagirdi olan yeniyetmənin məktəbə silahlı hücumu nəticəsində 9 nəfər ölüb.