Türkiyədə prezident və parlament seçkiləri ərəfəsində hakim Ədalət və İnkişaf Partiyasının qərargahına növbəti hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə partiyanın Ankara rayon şöbəsində yaşanıb.
37 yaşlı Abdülkadir Yazıcı əlindəki daş və çubuqla qərargahın pəncərəsinə zərbə endirib.
Partiya binasını qoruyan polislər təxribatçı hücuma dərhal reaksiya veriblər və Yazıcı tutularaq nəzarətə götürülüb.
Hadisədən sonra partiya binası qarşısında açıqlama verən partiyanın Ankara təşkilatının sədri İbrahim Güzelgöz bildirib ki, belə hücumlar yalnız demokratiyaya edilən hücumlardır.
Onun sözlərinə görə, insident zamanı qərargah əməkdaşlarından heç kim xəsarət almayıb.