Bakı sakini qonşusunu baltalayıb.
Trend xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu - 1977-ci il təvəllüdlü Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən aralarında mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.