Türkiyənin Hatay bölgəsinin Belen rayonunda yük maşını yoldan çıxaraq yaxınlarını hərbi xidmətə yola salan izdihama çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca “Tvitter” hesabında hadisə zamanı 12 nəfərin həlak olduğunu, 31 nəfərin isə xəsarət aldığını yazıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Hadisə baş verərkən yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.
Hadisə yerində təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasetmə briqadaları cəlb olunub.