Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı minik maşını yoldan çıxaraq hasara çırpılıb.
Qəza zamanı sürücü - 78 yaşlı Əmrah İsrafilov hadisə yerində ölüb.
Onun həyat yoldaşı - 75 Zərqələm İsrafilova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.