Postda saxlanılan avtomobildəki sərnişin polisi özünü bıçaqlayacağı ilə hədələyib

Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil polis əməkdaşları tərəfindən yoxlama nəzarət qaydasında saxlanılıb.


Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Senzor.az-a verilən xəbərə görə, sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.


Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar, özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.


Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. Avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.