Moskva-İstanbul marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi nasazlıq səbəbindən Şeremetyevo hava limanına qayıdıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Rusiya” aviaşirkətindən məlumat verilib.
“SU5537 Moskva-İstanbul reysi texniki səbəbdən uçuş hava limanına qayıdıb”, - məlumatda qeyd olunub.
Təyyarənin avtopilotunda nasazlığın olduğu bildirilib.